Benzianın milli komandasından parlaq qələbə

Yassin Benzianın çıxış etdiyi Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Botsvananın qonağı olub.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın futbolçusunun yığma komandası bu matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Oyuna start heyətində başlayan Benzia 83-cü dəqiqədə Ahmed Kendouçi ilə əvəzlənib.

G qrupunda mübarizə aparan Əlcəzair millisi 5 turdan sonra 12 xalla ilk pillədə qərarlaşıb.