Benziadan tapşırıq – Qətər klubları ilə danışıqlar aparılsın

“Qarabağ”ın futbolçusu Yassin Benzia Ağdam klubundan ayrıla bilər.

Futbolpress.az Əlcəzair mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi agentinə xüsusi tapşırıq verib.

Mənbənin yazdığına görə, Benzia karyerasını Səudiyyə Ərəbistanı və ya Qətərdə davam etdirmək istəyir. Buna görə də o, agentindən sözügedən ölkə təmsilçiləri ilə danışıqlar aparmağı istəyib.

29 yaşlı futbolçunun Ağdam klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.