Benzia oynadı, komandası üç xala sevindi

“Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Uqanda ilə qarşılaşıb. Matç Əlcəzairin qələbəsiylə başa çatıb – 2:1.

Benzia bu görüşdə iştirak edib. O, 69-cu dəqiqədə Benrahmanın əvəzinə meydana daxil olub.

Əlcəzair yığması Mozambik, Botsvana, Qvineya, Uqanda və Somalinin yer aldığı qrupda 9 xalla liderdir.