Benzia kənarda qaldı

“Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Mozambiklə qarşılaşıb. Matç Əlcəzairin qələbəsiylə başa çatıb – 6:1.

Benzia bu görüşdə şans qazanmayıb. O, sona qədər ehtiyatda qalıb.

Əlcəzair yığması 6 turdan sonra 15 xalla liderdir.