Benzema: “Real”ı məğlub edə biləcək komanda yoxdur”

“Əl İttihad”ın futbolçusu Kərim Benzema sabiq klubu “Real” haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, fransalı hücumçu Madrid təmsilçisini dünyanın ən yaxşı komandası adlandırıb:

“Real” üçün əla mövsüm arxada qaldı. Onlar dünyanın ən yaxşı komandasıdır. Bir oyunçu gedər, başqası gələr. Amma “Real” həmişə zirvədə olacaq. Onlar ən yaxşı komanda olduqlarını sübut etməyə davam edəcəklər. “Real”ı məğlub edə biləcək komanda yoxdur. Onlar hər mövsüm daha güclü və iddialı olurlar”.

Benzema 2009-2023-cü illərdə “Real”da çıxış edib. O, La Liqada 439 oyunda 238 qol vurub, 119 məhsuldar ötürmə edib.