Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl İttihad” klubundan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.
Qeyd olunub ki, fransalı futbolçu ölkə futbolunun səviyyəsindən və infrastrukturdan narazıdır.
Futbolçunun komanda ilə 2026-cı ilə qədər müqaviləsi var. Bildirilir ki, ən yaxşı halda onun digər Səudiyyə Ərəbistanı klubun keçməsinə icazə verilə bilər.
Benzema bu mövsüm 29 oyunda 13 qol, 8 ötürmə ilə yadda qalıb. Çıxış etdiyi komanda hazırda turnir cədvəlində 5-cidir.