Bentankurun şikayəti qəbul edilmədi

“Tottenhem”in futbolçusu Rodriqo Bentankurun 7 oyunluq cəzaya qarşı appelilyasiya şikayəti müsbət cavablandırılmayıb.

Futbolpress.az xəbər verir ki, müstəqil appeliyasiya şurası yarımmüdafiəçinin ona qoyulan qadağa ilə bağlı müraciəti rədd edilib.

Oyunçu bundan əvvəl mediada müsahibə qaydasını kobud şəkildə pozduğuna görə 7 oyunluq cəzalanıb. İclasdan sonra appeliyasiya şikayəti təmin edilməyib.