“Sanderlend”in futbolçusu Cob Bellingem karyerasını Almaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Borussiya” (Dortmund) 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Almaniya klubu qış fasiləsində Bellingemi transfer etmək istəyir.
Cob bu mövsüm İngiltərə Çempionşipində 13 oyunda 2 qol vurub.
19 yaşlı futbolçu “Real”ın yarımmüdafiəçisi Cud Bellingemin qardaşıdır.