Bellingem Şirerə yaxınlaşdı

“Real” İspaniya La Liqasının XXXVI turunda “Alaves”i məğlub edib – 5:0.

Futbolpress.az xəbər verir ki, oyunda hesabı açan Cud Bellingem bu mövsüm vurduğu qolların sayını 19-a çatdırıb.

Bellingem İspaniya çempionatlarında bir mövsümdə ən çox qol vuran ikinci ingilis futbolçu olub. Bu göstəricidi birinci isə keçmiş hücumçu Alan Şirerdir. O, “Barselona”nın heyətində 20 qol vurub.