Bellingem: “Kim onunla oynamaq istəməz?”

“Real”ın futbolçusu Cud Bellingem fransalı hücumçu Kilian Mbappenin komandaya mümkün keçidi haqda fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, “RMC Sport”a danışan ingilis oyunçu bunları deyib:

“Kim onunla oynamaq istəməz? Hamı onun haqqında danışır və təzyiqlər artır. Lakin bizə gəlsə, əla olardı”.

Mbappe PSJ ilə müddəti bitən müqaviləsini uzatmayıb. Onun “Real”a keçidi gözlənilir.