Belaruslu alqışlanması haqda: “Yəqin, komandalarına əsəbiləşmişdilər”

Belarus millisinin futbolçusu Pavel Zabelin Azərbaycana qalib gəldikləri yoldaşlıq oyununu şərh edib.

Futbolpress.az xəbər verir ki, 2:0 hesabıyla bitən matç haqda bunları deyib:

“Azərbaycan yığması hər iki hissədə eyni oynadı. Bizə qol lazım idi və fasilədən sonra istəyimizə çatdıq. Matçdan sonra rəqib azarkeşlər bizi alqışladı. Yəqin, komandalarına əsəbiləşmişdilər. Nəticə tabloda idi”.