“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq Avropa Liqasında “Tvente”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Öndə idik, hər şeyə nəzarət edirdik. Davamlı olmaq və ikinci hissədə də oynamağa davam etməliydik. Ancaq komanda nəzarəti itirdi və qol vura bilmədik. İkinci qolu vurmalıydıq, öz səhvimizə görə cəzalandıq.
İlk oyundur, amma qələbə vacib idi. Oyunu daha erkən bitirə bilərdik. Lakin alınmadı. Səhvimizə görə cəzalandıq. Çox arxayın idik, belə olmamalı idi”.