“Belə vəziyyətdə nəsə demək, başa salmaq çox çətindir”

Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Premyer Liqada komanda sayının artırılmaması və legioner limitinin dəyişməməsi (7+4) qərarı qəbul edilib.

Qərardan sonra çempionatda sonuncu olan “Qəbələ”nin elitanı tərk edəcəyi dəqiqləşib.

“Qırmızı-qaralar”ın müdafiəçisi İlkin Qırtımov “FutbolPress“ə açıqlamasında qərara münasibət bildirdi:

“Belə vəziyyətdə nəsə demək, başa salmaq çox çətindir. Sadəcə, heyif… Hamımızın ümidi var idi ki, belə şəraiti olan komandanı çempionatda saxlayarlar, ancaq olmadı. Açığı, belə qərarı gözləmirdim”.

Qırtımov komandadakı taleyi haqda sualı isə belə cavablandırdı:

“Necə olacağını bilmirəm. Son oyuna kimi komandanın yanındayam. Mövsümün sonunda necə olacağına baxacağıq”.

Şahin Cəfərov