“Leo Messi dünyanın və bütün zamanların ən yaxşı futbolçusudur”.
Futbolpress.az xəbər verir ki, veteran futbol ulduzu Devid Bekhem Londonda MIP Audiovizual Sərgisində media söhbəti zamanı bunu deyib.
Bekhem “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqqında da çoxlu xoş sözlər ifadə edib:
“O dünyanın ən yaxşı məşqçilərindən biridir. Baxmayaraq ki, hər böyük klub çətin anlardan keçir və komanda bir oyunçunu itirdikdə və ya yenisi gələndə heyət bir qədər parçalana bilər”.