Bayramov ölkə çempionatında 100-cü matçını keçirdi

“Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, bu bərədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qolkiperin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

O, “Səbail”lə səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.