“Şamaxı” və “Qarabağ”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında autsayder “Səbail” azarkeşləri önündə “Şamaxı”ya məğlub olub.

Digər görüşdə lider “Qarabağ” səfərdə “Sumqayıt”ın müqavimətini qırdı.

Azərbaycan Premyer Liqası
XXV tur

3 mart

“Səbail” – “Şamaxı” 0:2

Qollar: V.Bakiç, 40, A.Tirkoveanu, 63
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”, 17:00

“Sumqayıt” – “Qarabağ” 0:2

Qollar: K.Borges, 31, L.Andrade, 38
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30