“Bayer”in və Çexiya millisinin üzvü Adam Hlojek karyerasını İngiltərədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı hücumçu “Lester”lə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Xəbərdə “tülkülər”in forvardı bir illik icarəyə götürəcəyi bildirilib.
Hlojek 2022-ci ilin yayından “Bayer”də çıxış edir. O, Bundesliqada 52 oyunda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.