“Bayer”in futbolçusu Conatan Ta karyerasını “Bavariya”da davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi alman müdafiəçi ilə şəxsi razılığa gəlib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisi “Bayer”lə danışıqları davam etdirir.
Tanın leverkuzenlilərlə müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, özü də klubdan ayrılmaq niyyətindədir.