“Bayer”də yeni müqavilə

Almaniyanın “Bayer” klubu futbolçusu Robert Andrixin müqaviləsini uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.

Almaniya yığmasının da üzvü olan futbolçu 2021-ci ildən “Bayer”də çıxış edir.