“Bayer”də fransız hücumçu

“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Renn”dən Martin Terryeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransız hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

“Bayer” futbolçuya görə klubu “Renn”ə 22 milyon avro ödəyəcək.

Martin 2020-ci ildən “Renn”də forma geyinir. O, 141 oyunda 51 qol vurub, 24 məhsuldar ötürmə edib.