Bundesliqada çempion olan “Bayer” yeni mövsümün ilk transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi Fransa “Renn”indən Yanuel Belokanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Bayer” Belokan üçün “Renn”ə 15 milyona avro ödəyəcək.
19 yaşlı oyunçu 2022-ci ildən Fransa təmsilçisində əsas komandada top qovurdu. O, ötən mövsümdə 27 oyunda meydana çıxıb.