“Jirona”nın futbolçusu Aleş Qarsiya karyerasını Almaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Bayer”lə razılaşıb. Bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Leverkuzen təmsilçisi Aleş üçün “Jirona”ya 15-20 milyon avro civarında məbləğ ödəyəcək.
Qarsiya son mövsümdə La Liqada 37 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. Komanda çempionatı 3-cü sırada bitirib.
“Bayer” isə tarixində ilk dəfə Almaniya çempionu olub.