“Bayer” “Çelsi”nin futbolçusuna “elçi düşdü”

“Çelsi”nin futbolçusu Aksel Disasi karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bayer” 26 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Leverkuzen klubu Disasini komandadan ayrılacağı gözlənilən Conatan Taya əvəzləyici kimi görür.

Disasi 2023-cü ildə 45 milyon avro qarşılığında “Monako”dan “Çelsi”yə keçib. O, “zadəganlar”la 14 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.