Xabi Alonsonun “Real”da baş məşqçi postunda Karlo Ançelottini əvəzləyəcəyi gözlənilir.
Futbolpress.az xəbər verir ki, artıq “Bayer” rəhbərliyi komandası üçün yeni məşqçi seçib. Leverkuzen klubu hazırda “Real Sosyedad”da çalışan İmanol Alquasili baş məşqçi vəzifəsinə gətirmək istəyir. San Sebastyan klubu Alquasilin mövsümün sonunda vəzifəsini tərk edəcəyini rəsmən açıqlayıb.
53 yaşlı mütəxəssisin özü də Almaniya klubunda işləməkdə maraqlıdır.
Xatırladaq ki, “Bayer” gələn mövsüm Almaniyanı Çempionlar Liqasında təmsil edəcək.