Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Bayer” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Jirona”dan Aleyş Qarsiya ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Yarımmüdafiəçi bu həftə tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq.
“Bayer” Qarsiya üçün La Liqa klubuna 18 milyon avro ödəyəcək.
Yarımmüdafiəçi ötən mövsüm 40 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.