Baxşıyev: “Üzərində işləməli olduğumuz məqamlar var”

Dünən keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” oyunu haqda “qırmızı-ağlar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yoxlama oyununda qazandıqları qələbə haqda bunları deyib:

“Mllinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə bu matçı keçirmək yerinə düşdü. Maraqlı oyun alındı. Çalışdıq ki, heyətin bütün üzvlərinə şans verək. Hər hissəyə fərqli heyətlə çıxdıq. Böyükhesablı qələbə qazansaq da, üzərində işləməli olduğumuz məqamlar var. Qarşıda bizi “Kəpəz”lə çətin oyun gözləyir. Artıq həmin matçı düşünməliyik”.