Baxşıyev: “Nə oldusa, meydanda qaldı”

Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə” – “Araz-Naxçıvan” (1:0) görüşü keçirilib.

Futbolpress.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.

– Ağır oyun keçdi. Məğlub olsaq da kədərlənməyə fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matçlara köklənməliyik.

– Birinci hissədəki məlum hadisəyə görə Qara Qarayevi əvəzlədiz. Maraqlıdır, Qara ikinci hissəni ehtiyat oyunçular skamyasında izlədi yoxsa evə göndərdiz?

– Xeyr, Qara bizimlədir və niyə getməlidir? Sadəcə düşündük ki, emosialarını daha çox büruzə verər. Bu səbəbdən də əvəzlədik. Ümumi hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur.

– Barışıq oldu?
– Nə oldusa, meydanda qaldı.

Mirkamal Kazım