“Bavariya”nın prezidenti Herbert Hayner Leverkuzen “Bayer”inin hücumameyilli yarımmüdafiəçisi Florian Virts haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, bu barədə Almaniyanın BİLD nəşri məlmat yayıb:
“Futbol azarkeşi kimi etiraf etməlisən ki, Florian Virts görkəmli oyunçudur. Uli Höness bu yaxınlarda dedi ki, həmişə xəyal qura bilərsiniz. Mən də belə düşünürəm, amma Virtsin “Bayer” ilə müqaviləsi var”.
21 yaşlı futbolçunun Leverkuzen təmsilçisiylə sözləşməsi 2027-cin ilin yayına kimidir.