“Bayer”in futbolçusu Conatan Ta karyerası ilə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, alman müdafiəçi Leverkuzen klubundan ayrılmayacaq. Bu barədə “Kicker” nəşri məlumat yayıb. Ta “Bavariya”nın marağına baxmayaraq, “Bayer”də qalmağa qərar verib.
Almaniya millisinin də üzvü olan futbolçu 2015-ci ildən “Bayer”də çıxış edir. O, bu komandada 258 oyunda 12 qol vurub.