“Bavariya”nın iki futbolçusu – Matteys de Liqt və Nussar Mazraui karyerasını İngiltərədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, hər iki müdafiəçi “Mançester Yunayted”lə razılaşıb. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar” de Liqtə görə 50, Mazraui üçün isə 20 milyon avro ödəyəcək.