“Bavariya”nın futbolçusundan “yaşıl işıq”

“Bavariya”nın futbolçusu Matteys de Lixt karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, niderlandlı müdafiəçi “Mançester Yunayted”lə danışıqlar aparır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. De Lixt “qırmızı şeytanlar”la razılığıa gəlib.

“Bavariya” oyunçu üçün 50 milyon avro tələb edir.

Matteys ötən mövsüm “Bavariya”da 30 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.