“Bavariya”nın futbolçusu “Barselona”ya keçmək istəyir

“Bavariya”nın futbolçusu Yozua Kimmix “Barselona”da oynamaq istəyir.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi gələn yay klubla müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Kataloniya klubuna keçmək niyyətindədir.

Kimmix bu mövsüm 5 oyunda meydana çıxıb. Onun “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.