“Bavariya”nın baş məşqçi postu üçün növbəti namizəd

“Bavariya” növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Atletik”in baş məşqçisi Ernesto Valverdeni komandaya cəlb etməyi planlayır. 

Valverde bu mövsüm komandası ilə İspaniya Kubokunu qazanıb.

Tuxelin isə mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.