“Bavariya”nın baş məşqçi postu üçün 3 namizəd

“Bavariya” yeni mövsüm üçün baş məşqçi axtarışlarına davam edir.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda klub rəhbərliyi 3 namizəd üzərində dayanıb.

Belə ki, bunlar Erik ten Haq (Mançester Yunayted), Rocer Şmidt (Benfika) və hazırda işsiz olan Xulen Lopeteqidir. 

Daha əvvəl komanda Avstriya millisinin baş məşqçisi Ralf Ranqniki Tuxelin postuna gətirməyi planlasa da, məşqçi bu təklifə “yox” demişdi.