“Bavariya”nın futbolçusu Camal Musiala açıqlama verib.
Futbolpress.az xəbər verir ki, alman yarımmüdafiəçi gənc vaxtlarında sevdiyi klubun adını söyləyib:
“Barselona” favorit komandam idi. Onları çox sevirdim. Evdə Messinin, Xavinin, Busketsin və İnyestanın forması var idi. Onların varlığı məni ilhamlandırırdı.
Bütün formalarımda demək olar, Messinin adı var idi. Neymarı da bəyənirdim, amma Messi qəhrəman idi”.
Musiala bu mövsüm 21 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə edib.