“Bavariya”dan ayrılacağını açıqladı, “Fənərbağça” hərəkətə keçdi

“Bavariya”dan ayrılacağını açıqlayan Tomas Müller karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu 35 yaşlı hücumçuya 1+1 illik müqavilə təklif etməyi düşünür.

Müller daha öncə yayda “Bavariya”nı tərk edəcəyini açıqlayıb. O, bu mövsüm Bundesliqada 24 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.