“Fulhem”in futbolçusu Joao Palninya karyerasını Almaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Bavariya” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
“Bavariya” Palninya üçün İngiltərə klubuna bonuslarla birlikdə 55 milyon avro ödəyəcək.
Futbolçu hazırda Portuqaliya yığması ilə Avro-2024-də mübarizə aparır. Komanda 1/4 finalda Fransa ilə üz-üzə gələcək.