“Bavariya”dan 14 qollu qələbə

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Bavariya” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv həvəskar liqa təmsilçisi “Rottax-Egern” ilə qarşılaşıb. Matç münhenlilərin 14:1 hesablı qələbəsiylə başa çatıb.

“Bavariya”nın heyətində Alps, Matis Tel (3), Adin Liçina (2), Mudaser Sadat (2), Nasser Mazraui, İbrahimoviç, Saça Boey, İrankunda (2) və Aseko-Nikili fərqlənib.