“Bavariya”da Kompani səsləri

“Bavariya”da baş məşqçi axtarışları davam edir.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisində namizədlər arasında “Bernli”nin baş məşqçisi Vensan Kompani də var. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Bavariya” rəsmiləri mütəxəssisin nümayəndələri ilə danışıqlara başlayıb.

Kompani 2022-ci ilin yayından “Bernli”yə rəhbərlik edir. Onun klubla müqaviləsi 2028-cı ilin yayına kimidir.