“Bavariya”da baş məşqçi postuna əsas namizəd bilindi

“Bavariya”da baş məşqçi postuna əsas namizəd məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Brayton”un çalışdırıcısı Roberto De Zerbidir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Bavariya” rəsmiləri yaxın zamanda italiyalı mütəxəssisin nümayəndələri ilə görüşəcək. Zerbi “Brayton”da qalmağa üstünlük verir, ancaq yaxşı şərtlərlə müqavilə təklif olunsa, qərarını dəyişə bilər.

“Bavariya”da baş məşqçi Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.