“Bavariya” “zadəgan”a “elçi düşdü”

“Çelsi”nin futbolçusu Kristofer Nkunku karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” fransalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Almaniya klubu 27 yaşlı futbolçu üçün danışıqlara başlayıb.

Nkunku bu mövsüm 28 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə edib.