“Bavariya”nın qadın futbolçulardan ibarət komandasının oyunçusu Mariya Qros onkoloji xəstəliyə tutulub.
Futbolpress.az xəbər verir ki, qapıçıda bədxassəli şiş aşkarlanıb. 23 yaşlı Qros müalicəsinə başlayacaq və bir müddət futbol oynamayacaq.
“Bavariya” qapıçıya jest olaraq müqaviləsini 2 il müddətinə artırıb.