“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi “Fulhem”dən Joao Palninyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Almaniya klubu 29 yaşlı futbolçu üçün 51 milyon avro ödəyəcək.