“Bavariya” rəsmisindən Qoretska ilə bağlı açıqlama

“Bavariya”nın idman direktoru Maks Eberl komandadan ayrılacağı iddia edilən Leon Qoretska haqda danışıb.

Futbolpress.az xəbər verir ki, klub rəsmisi yarımmüdafiəçi haqda bunları deyib:

“Qoretska haqda pis bir şey deməmişik. O, “Bavariya”da əla işlər görüb. Futbolda rəqabətin olması yaxşıdır. Leon komandanın bir parçasıdır. Qalsa, heyətdə yerini alacaq”.

Qoretskanın adı İngiltərə klubları ilə hallanır. Yarımmüdafiəçi 2018-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen təmsilçisində 221 oyunda 40 qol vurub, 46 məhsuldar ötürmə edib.