“Bavariya” rəhbərliyinin istədiyi baş məşqçi bilindi

“Bavariya” rəhbərliyi komandanın baş məşqçi postuna Xosep Qvardiolanı gətirmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Klub rəhbərliyi daha əvvəl də komandaya rəhbərlik edən ispaniyalı ilə danışıqlara hazırdır.

Qvardiola ilə hələ qərar verməyib. Mütəxəssisin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Qvardiola 2013-2016-cı illərdə “Bavariya”nı çalışdırıb.