“Bavariya” rəhbərliyi PSJ-dən üzr istədi

Dünən Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Bavariya” – PSJ (1:0) matçında meydan sahibi komandanın azarkeşləri, rəqib klubun prezidentinə müxtəlif təhqiredici şüarlar səsləndirib.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi PSJ-nin prezidenti Nasir El-Xəlafiyə ünvanlanmış pankartlara görə üzr istəyib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb:

“Çempionlar Liqası matçı zamanı (1:0). “Bavariya”nın “Alyanz Arena”da keçirilən Çempionlar Liqası matçı zamanı pankartlarda PSJ və onun prezidenti Nasir El-Xəlafinin ünvanına şüarlar səslənirdi. “Bavariya” klubu stadionda rəqiblərə və onların nümayəndələrinə belə bir tərzdə və tonda xitab olunduğuna görə üzr istəyir. Klub açıq şəkildə bildirmək istəyir ki, bu afişalara bizim tərəfimizdən icazə verilməyib və mövqeyimizi əks etdirmir. Bunlar iki klub arasındakı yaxşı və uzunmüddətli münasibətlərə uyğun gəlmir. Bu afişaların tonu həm də “Bavariya”nın tərzinə və klubun beynəlxalq tərəfdaşları ilə saxladığı hörmətli münasibətə ziddir”.