“Bavariya” onunla danışıqları dayandırdı

“Bavariya” futbolçusu Yozua Kimmix ilə yeni müqavilə danışıqlarını dayandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Klubun idman direktoru Maks Eberl yarımmüdafiəçi ilə danışıqların dayandırıldığını söyləyib.

Kimmixin sözləşməsi 2025-ci ilin yayına kimidir.

Futbolçu ilə İngiltərə və İspaniya klubları maraqlanır.