“Bavariya” “Bernli”dən ayrılan Vinsent Kompani ilə danışıqlara başlayıb.
Futbolpress.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münxen təmsilçisi tezliklə yeni baş məşqçi tapmaq niyyətindədir.
38 yaşlı mütəxəssis özü də Bundesliqa klubunda işləməkdə maraqlıdır.
Qeyd olunub ki, Kompani ilə danışıqlar alınmasa, klub rəhbərliyi Maurisio Poçettino ilə əlaqə yaradacaq.
Bir neçə ay əvvəl komandanın baş məşqçisi Tomas Tuxel mövsümün sonundan postundan gedəcəyini açıqlamışdı.