“Bavariya” onunla bağlı qərarını verdi

“Bavariya” futbolçusu Leon Qoretska ilə yollarını ayıracaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisi yeni müqavilə təklifini qəbul etməyən yarımmüdafiəçi üçün təklifləri dəyərləndirəcək.

Qoretska 2018-ci ildən “Bavariya”da çıxış edir. O, 2210 oyunda 40 qol vurub, 46 məhsuldar ötürmə edib.