“Bavariya” onun üçün 60 milyon avro ödəyəcək

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi “Kristal Pelas”dan Mikal Olisin transferini tamamlamaq üzrədir. Bu barədə “Sky” nəşri məlumat yayıb. 22 yaşlı cinah oyunçusu tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalayacaq.

“Bavariya” Olis üçün İngiltərə klubuna 60 milyon avro ödəyəcək.

Mikal ötən mövsüm “Kristal Pelas”la 19 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.